31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş məktəblilər arasında şahmat üzrə muxtar respublika birinciliyinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Şahmat Federasiyasının birgə təşkil etdiyi yarışa 130 məktəbli qatılıb. Qaliblər 8, 10, 12, 14 və 16 yaşadək şahmatçılar arasında ayrı-ayrılıqda müəyyənləşəcək.
Hər yaş qrupunun qalibi NŞF-nin dəstəyi ilə Azərbaycan çempionatının yarımfinal mərhələsində iştirak etmək imkanı qazanacaq.
Naxçıvan Muxtar Respublikası Gənclər vəİdman Nazirliyinin mətbuat xidməti